İran Vyana danışıqlarında ümumi razılığa gəlindiyini açıqlayıb

“İran və 4+1 ölkələri Vyana müzakirələrində ümumi razılığa gəlib və sazişin mətni hazırdır. Yeganэ qalan məsələ ABŞ-ın cavabıdır”.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçridiyi həftəlik mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ABŞ-ın qərarı Vyanada sazişin rahatlıqla imzalanmasına gətirib çıxara bilər. “Vyana müzakirələrinin koordinatoru Enrike Moranın Tehrana səfəri İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Avropa İttifaqının Xarici Əlaqәlәr vә Tәhlükәsizlik Siyasәti üzrә Ali Nümayәndәsi Cozef Borrel ilə telefon danışığından sonra baş tutub. Tehranda nümayəndələrin görüşüb müzakirə aparması zərurəti var idi”.

S.Xətibzadə Qətər əmirinin Tehrana səfər edəcəyi xəbərini təsdiqləyib və bildirib ki, bu səfər tezliklə baş tutacaq. O, səfər çərçivəsində iki tərəfli əlaqələr və regional məsələrin müzakirə olunacağını qeyd edib. (APA)

Əvvəlki məqalə

DİN jurnalist Aytən Məmmədovaya hucumla bağlı açıqlama yaydı

Sonrakı məqalə

Keçmiş “Şəfa” stadionu satılıb