DİN jurnalist Aytən Məmmədovaya hucumla bağlı açıqlama yaydı

Jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
A.Məmmədova Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib. Onun diqqətinə çatdırılıb fakt üzrə bütün zəruri tədbirlər icra olunur.
Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
Əvvəlki məqalə

Yaponiya Rusiyaya qarşı neft embarqosuna razılıq verdi

Sonrakı məqalə

İran Vyana danışıqlarında ümumi razılığa gəlindiyini açıqlayıb