“Ermənistan rəhbərliyi İran ordusunun Zəngəzurda yerləşdirilməsinə ehtiyatlı yanaşır. Prosesləri izlədikdə belə təsəvvür yaranır”.
Azpost.info bildirir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
Onun sözlərinə görə, tərəflər arasında qarşılıqlı deklarativ və siyasi reveranslara baxmayaraq “qarşılıqlı yardım” haqqında hansısa ikitərəfli sazişin hazırlanması barədə məlumat yoxdur: “İran hərbçilərinin Ermənistan ərazisində peyda olması üçün hüququ əsas yaradılmayıb. Əgər erməni təxribatı baş verərsə Azərbaycan hərbçisi rəqibin Zəngəzurdakı atəş nöqtələrini susdurmağa məcbur olacaqsa o zaman İran ordusu orada yalnız işğalçı kimi peyda ola bilər”.
Sabiq nazirin fikrincə, “bu qeyri-təbii ittifaqın hüquqi əsaslarını təsdiqlənməsi nə üçün baş vermir?” sualının cavabın iki variantı var:
-Ermənistan buna hazır deyil: Bu İrəvanın Qərb və Rusiya ilə qarşılıqlı münasibətlər sistemində kollaps yaradacaq.
-İran buna hazır deyil: Bu addımı atarsa Qərb və Rusiya ilə qarşıdurmaya hazır olmalıdır. Əsas isə İranın öz əhalisi tərəfindən etirazla qarşılanacaq və siyasi elitanın etnik prinsip üzrə parçalanmasına gətirə bilər.
“Yuxarıda deyilənləri nəzərə alsaq “müttəfiqliyin” yeganə forması mümkün görünür: İrandan və ərəb ölkələrindən iranlı “Vaqnerçi”lərin bu sferaya cəlb etməklə proksi fəallıq. Belə perspektiv isə yumşaq desək İrəvan üçün, xüsusən bu qüvvələrin baza yaradacağı rayonları nəzərə alsaq, nikbin heç nə vəd etmir”-deyə T.Zülfüqarov vurğulayıb.
Azpost.info