“İrana qarşı addım atılsa, Hayfa və Təl-Əvivi məhv edəcəyik”- İbrahim RƏİSİ

İran prezidenti İbrahim Rəisi Tehrana qarşı hər hansı addım atılacağı təqdirdə İsraili “sərt cavab”la hədələyib.

Azpost.info xəbər verir ki, Rəisi bu bəyanatı ölkənin silahlı qüvvələri günü münasibəti ilə çıxışında səsləndirib.

Düşmənlərə, xüsusən də sionist rejimə xəbərdarlıq edilib ki, İrana qarşı istənilən addım silahlı qüvvələrin sərt reaksiyasına səbəb olacaq və Hayfa və Təl-Əvivin dağıdılması ilə müşayiət olunacaq.

Rəisi həmçinin ABŞ-dan Yaxın Şərq regionundan çəkilməsini tələb edib və deyib ki, İran ordusu sülh və təhlükəsizlikdə maraqlı olan regional dövlətlərə “əl uzadır”. İran lideri konkret ölkələrin adını çəkməsə də, “Times of Israel”in yazdığına görə, Raisi Səudiyyə Ərəbistanını da nəzərdə tuturdu. Mart ayında Tehran və Ər-Riyad 2016-cı ildə kəsilmiş diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.

“The Times of Israel” qeyd edir ki, Rəisinin bəyanatları aprelin 18-də, İsrailin Holokost qurbanlarını anma günündə, həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunun çıxış etdiyi saatlarında səsləndirilib.

Azpost.info

Əvvəlki məqalə

G7 ölkələri süni intellektlə bağlı fəaliyyət planı qəbul etmək istəyir

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri