İranda 11 deputat koronavirusa yoluxub

07 Aprel 2020 - 14:49

İran Parlamentinin 11 deputatı koronavirusa yoluxub.

APA-nın xəbərinə görə, bu barədə İLNA agentliyi məlumat yayıb.

Parlamentin idarəetmə heyətinin üzvü Məhəmməd Rza Tabeş bildirib ki, millət vəkilləri COVID-19 testindən keçirilib, onlardan 11-nin testi müsbət çıxıb.