İranda 5.5 bal gücündə zəlzələ olub

17 May 2021 - 08:30

İranda 5.5 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Şimali Xorasan əyalətinin Sənxast şəhərində qeydə alınıb.

Zəlzələ yerin 16 kilometr dərinliyində, yerli vaxtla saat 03:34-də baş verib.

Zəlzələ nəticəsində evlərə ziyan dəyib. Hələlik xəsarət alanlar barədə məlumat açıqlanmayıb.(APA)