İranda 95 nəfər yeni koronavirusa yoluxub- RƏSMİ

İranda indiyədək yeni koronavirusa (Covid 19) 95 nəfər yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, indiyədək bu virus nəticəsində İranda 15 nəfər dünyasını dəyişib.

Cahanpur əlavə edib ki, ötən sutkada koronavirus nəticəsində daha 3 nəfər dünyasını dəyişib.

Nazirlik rəsmisi 10 nəfərin sağaldığını bildirib.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Nazirliyi yeni koronavursla bağlı 900-dən çox yoluxma şübhəsinin olduğunu təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycandakı diplomatik nümayəndəliklər üçün koronavirusla bağlı brifinq keçirilib

Sonrakı məqalə

Bakıya gələn 4 İran vətəndaşı Kliniki Tibbi Mərkəzə yerləşdirilib