İranda Azərbaycana dəstək aksiyaları keçirilibVİDEO

İranda Azərbaycana dəstək aksiyaları olub.

Aksiyalardan biri Ermənistanın Tehrandakı səfirliyi qarşısında baş tutub. Aksiya iştirakçıları işğalçı Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə və hərbi obyektlərinə təcavüzkar hücumları nəticəsində Azərbaycanın bir neçə hərbiçisi və mülki şəxsi şəhid olduğunu bildirib, bu təcavüz aktını pisləyiblər. Aksiyada Ermənistan ordusunun işğalçı hücumları qarşılığında Azərbaycan xalqına dəstək ifadə olunub.

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu qarşısında da Azərbaycana dəstək aksiyası keçirilib.

Bundan başqa, İranın azərbaycanlılar yaşayan vilayətlərində də aksiyalar təşkil olunub.

Urumiyə, Zəncan və Ərdəbil şəhərlərində keçirilən dinc aksiyalarda Ermənistanın son təcavüzkar əməlləri pislənib, Azərbaycanla həmrəylik nümayiş etdirilib. (APA)

https://youtu.be/YfIeKLoszKk

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan nəticəyə yönəlik danışıqları dəstəkləyir –

Sonrakı məqalə

Ceyhun Bayramov Qoşulmama Hərəkatının fövqəladə videokonfransında iştirak edib-