İranda koronavirus epidemiyası naziri də haqladı –Ali Məhkəmənin sədrinin müşaviri öldü, 54 min məhbusu evə buraxdılar

İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani yeni koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilib.  

O, Tehrandakı xəstəxanaların birində müalicə alır.

Xatırladaq ki, İranda koronavirusa yoluxanların sayı 2336 nəfərdir. Bunların arasında 23 nəfər deputat da var. İranın Təcili Tibbi Yardım Mərkəzinin rəisi Pirhüseyn Kulivənd də koronavirusa yoluxub. Virusdan həyatını itirənlərin sayı 77, sağalanların sayı isə 436 nəfər təşkil edir. Həmçinin ötən gün Ali Məhkəmənin sədrinin müşaviri koronavirusdan dünyasını dəyişib. Epidemiyanın qarşısını almaq üçün 54 min məhbus evə buraxılıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Ağstafa rayonuna gəlib

Sonrakı məqalə

İlham Əliyev Daxili Qoşunların hərbi hissəsinin açılışında iştirak edib