İranda koronavirusa yoluxanların sayı 93 mini ötüb

İranda koronavirusun yayılması nəticəsində ölən və yoluxanların sayında azalma müşahidə edilsə də, vəziyyət təhlükəli olaraq qalır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur deyib.

O bildirib ki, son 24 saat ərzində 1023 nəfər virusa yoluxub və onlar xüsusi xəstəxanalara yerləşdirilib. Bu müddət ərzində 80 nəfər həyatını itirib. Beləliklə, İranda virusa yoluxanların sayı 93 min 657 nəfərə, ölənlərin sayı isə 5957-yə çatıb.

K.Cahanpur bildirib ki, İranda bu günədək 453 min 386 nəfər testdən keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün Azərbaycanda 4765 nəfər koronavirus testindən keçib

Sonrakı məqalə

Avropa İttifaqının xüsusi nümayəndəsi ilə Qarabağ danışıqları müzakirə olunub-