Avropa İttifaqının xüsusi nümayəndəsi ilə Qarabağ danışıqları müzakirə olunub-XİN

Xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə telefon söhbəti olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, tərəflər qlobal pandemiya ilə mübarizə çərçivəsində bölgədəki son vəziyyət, eləcə də Avropa İttifaqı ölkələrinin hazırki durumu ətrafında ümumi fikir mübadiləsi aparıb, bu xüsusda beynəlxalq əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini qeyd ediblər.

Telefon söhbəti zamanı tərəflər xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər.

Nazir E.Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsinə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə videokonfrans şəklində baş tutmuş görüşü barədə məlumat verib, danışıqların formatının və gündəliyinin dəyişilməz qaldığını qeyd edib. O, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməsinin, o cümlədən Ermənistan silahlı qüvvələrin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının, məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının vacibliyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda koronavirusa yoluxanların sayı 93 mini ötüb

Sonrakı məqalə

Milli Məclis yeni Baş prokuroru bu tarixdə təsdiqləyəcək –