İranda prezidenliyə namizəd Pezeşkiyan Üzeyirin mahnısı ilə təbliğat aparır –VİDEO

İranda prezidentliyə namizəd Məsud Pezeşkiyan seçicilərlə təblğat görüşü ilə bağlı elanında azərbaycanlı gənc müğənni Üzeyir Mehdizadənin mahnısından istifadə edib. 

Azpost.info bildirir ki, bu barədə tanınmış araşdırmaçı Əziz Rzabəyli paylaşımında qeyd edib.

Məsud Pezeşkian çərşənbə günü Urmiyada seçicilərlə görüşü keçiriləcək. Bununla bağlı hazırlanmış rolikdə Üzeyir Mehdizadənin mahnısından bir hissə əlavə edilib.

Qeyd edək ki, İranda prezident seçkilərinin ikinci turu iyulun 5-də keçiriləcək. Birinci turda Məsud Pezeşkiyan və Cəlili lazımi qədər səs yığa bilməyib.

Əvvəlki məqalə

Azərbaycan Ukrayna Uşaq Kitabxanasının təmirinə maliyyə yardımı ayırıb

Sonrakı məqalə

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb