İranda qadınlara stadionlara gəlmək icazəsi verilə bilər

İran parlamenti tezliklə qadınlara futbol stadionlarına gəlmək icazəsinin verilib-verilməməsi məsələsinə baxmalıdır.

Son illərdə belə bir icazənin verilməsi üçün dünya futbol təşkilatı – FIFA Tehrana təzyiq göstərir. İranda qadınların futbol matçlarına stadionlarda tamaşa etməsinə qadağan 40 il bundan əvvəl, 1979-cu ilin İslam İnqilabından sonra qoyulub.

Bu barədə məlumatı yerli mediaya oktyabrın 28-də İran Futbol Federasiyasının baş direktoru Həsən Kamranifər verib: “Əgər qərar qəbul olunsa, qadınlara çox tezliklə stadionlara gəlmək icazəsi veriləcək”.

İranın qatı mühafizəkar dini rəhbərliyi qadınların futbol matçlarına stadionlarda kişilərlə birgə tamaşa etməsinin əleyhinədir. İran 2019-cu ildə yenə də FIFA-nın təzyiqi altında 4 min qadının Tehranın Azadi stadionunda İran və Kamboca milliləri arasında Dünya Kubokunun seçmə matçına tamaşa etməsinə icazə verilmişdi.

Lakin sonradan koronavirus pandemiyası bu sahədə atılan addımları yarımçıq qoyub.

Koronavirus məhdudiyyətlərinə görə İranda futbol matçları tamaşaçısız stadionlarda keçirilir.

Əgər belə olmasaydı oktyabrın əvvəllərində İran və Cənubi Koreya yığmaları arasında Dünya Kubokunun seçmə matçına qadınların da gəlməsinə icazə verilə bilərdi.

Lakin bu matç da tamaşaçılar olmadan keçirildi.

Xəbər verilir ki, İranda azarkeşlərin yenidən stadionlara buraxılacağı təqdirdə, İran Futbol Federasiyası qadınların da ən azı Dünya Kuboku seçmə oyunlarına tamaşa etmək üçün stadionlara gəlməsinə icazə verməlidir.

Əks təqdirdə təşkilat FIFA-nın sanksiyaları ilə üzləşə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Devalvasiya ilə bağlı heç bir qərar verilməyəcək” –

Sonrakı məqalə

Azərbaycanın Vatikanda səfirliyi açılacaq