İranda vurulan ABŞ qırıcısının pilotu xilas edilib

İranda vurulan ABŞ-ın qırıcı təyyarəsinin ekipaj üzvlərindən biri uğurla xilas edilib.

Bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

Xatırladaq ki, İran səmasında ABŞ-a məxsus F-35 qırıcısı vurulub.

“Tasnim”in xəbərinə görə, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi bəyanat yayıb.

F-35 qırıcısının pilotu katapult edib.

Məlumata görə, ABŞ-ın hərbi nəqliyyat təyyarələri və helikopterləri pilotun sağ qalma ehtimalını nəzərə alaraq, onun axtarışını aparır.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.