İranda Xamneyinin nümayəndəsini öldürmək istəyən terror qrupu həbs edilib

İranda Ceyşül-ədl terror qruplaşmasının üzvləri həbs edilib.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xorasan Rəzəvi əyaləti üzrə İmam Rza briqadası məlumat yayıb.

Məlumatda bildirilir ki, qruplaşma üzvləri bu əyalətdə bir neçə terror hadisəsi törədib. Onların niyyəti Iran Ali Lideri Ayətullah Xameneinin Məşhəd şəhərindəki nümayəndəsi və əyalət başçısına qarşı da terror aktı hazırlamaq olub.

Həbs olunan şəxslər barədə əlavə məlumat veriləcək. (APA)

Əvvəlki məqalə

Xorvatiya Braziliyaya qalib gəldi –

Sonrakı məqalə

Rusiya Rövşən Əsgərovu xarici agent siyahısına daxil edib