İranda yeni neft yatağı kəşf edildi –

53 milyard barel ehtiyatı var
10 Noyabr 2019 - 15:11

İran böyük  ehtiyata malik yeni neft yatağı kəşf edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İran Prezidenti Həsən Ruhani  Yəzd şəhərində əhali qarşısında çıxışı zamanı bildirib.

H.Ruhani deyib ki, kəşf olunan yeni yataqda 53 milyard barel neft ehtiyatı var. Neft yatağı Xuzistan əyalətində yerləşir, İranın cənubundakı Bostan şəhərindən başlayır və Ümidiyyə şəhərinə qədər uzanır.