ABŞ-ın Bakıdakı səfirliyi vətəndaşlarına xəbərdarlıq edərək bildirib ki, onlar İranı Azərbaycan vasitəsilə tərk edə bilməyəcəklər.
AzPost bildirir ki, bu barədə səfirlik məlumat verilib.
“ABŞ vətəndaşları dərhal İranı tərk etməlidirlər. Təhlükəsiz olduqları təqdirdə quru yolu ilə Türkiyəyə və ya Ermənistan vasitəsi ilə çıxın. İranı Azərbaycan vasitəsilə təcili tərk etməli olan ABŞ vətəndaşları bilməlidirlər ki, gərginliyin artdığı dövrlərdə, o cümlədən 2025-ci ilin iyun ayında İranla İsrail arasında baş verən münaqişə zamanı ABŞ vətəndaşlarının İrandan Azərbaycana girişi məhdudlaşdırılıb. Buna görə də ABŞ vətəndaşlarına İrandan alternativ yolları nəzərdən keçirmələri tövsiyə olunur.” -deyə açıqlamada bildirilir.
