İranın Azərbaycandakı sabiq səfiri Əfqanıstana təyinat aldı

Əlirza Biqdeli İran İslam Respublikasının Kabildəki missiyasının rəhbəri təyin edilib.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi əmr imzalayıb.

Alireza Biqdeli xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini vəzifəsində çalışıb.

Bundan əlavə, İran Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi postu ləğv ediləcək. Əfqanıstan üzrə xüsusi nümayəndə İran xarici işlər nazirinin nəzarəti altında fəaliyyət göstərəcək.

Əlirza Biqdeli 90-cı illərdə İranın Azərbaycanda səfiri olub.

O 2016-cı ildə İranın Türkiyədə diplomatik missiyasına başçılıq edib.

Rusiyanın “Valday klubu” adlı beyin mərkəzinin üzvüdür.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.