“Tehranın nüvə proqramını inkişaf etdirməsi İsrail, ABŞ və bütün dünya üçün təhlükədir. ABŞ İranın nüvə silahı əldə etməməsi üçün bütün vasitələrdən istifadə edəcək”.
Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden İsrailin Baş naziri Yair Lapidlə Qüdsdə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Mən diplomatiyanın işləri görmək üçün ən yaxşı yol olduğuna inanmağa davam edirəm. Eyni zamanda, Birləşmiş Ştatlar İran hakimiyyətinə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində nəyə razılaşmağa hazır olduqlarını izah edib. Biz Tehranın cavabını gözləyirik. Cavab nə vaxt olacaq, dəqiq bilmirəm. Lakin onların qərarını əbədi gözləmək niyyətində deyilik”.
Azpost.info