İranın xaricdə dondurulmuş 7 milyard dolları qaytarılır

İran Vaşinqtonun tələbi ilə xarici banklarda dondurulmuş 7 mlrd. ABŞ dollarlıq aktivlərinə çıxışın təmin olunması barəsində bir sıra ölkələrlə razılığa gəlib.

Bu barədə İranın IRNA agentliyi məlumat yayıb.

Məlumata əsasən, vəsait bir neçə həftə ərzində köçürülə bilər. Agentlik hansı ölkələrdən söhbət getdiyini açıqlamır.

Çərşənbə günü “IRNA” xəbər verib ki, İran ABŞ sanksiyaları səbəbindən dondurulmuş xarici hesablardakı bəzi aktivlərinə çıxışı geri qaytarıb. Lakin razılaşmaların təfərrüatları açıqlanmayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.