İranın ələ keçirdiyi gəmidə 17 Hindistan vətəndaşı var

Hörmüz boğazında İran hərbçiləri tərəfindən ələ keçirilən “MSC Aries” konteyner gəmisinin heyətində 17 Hindistan vətəndaşı var.

Azpost.info xəbər verir ki, bu barədə “Times Now” Hindistan hökumətindəki mənbələrə istinadən yazıb.

“Hindistan vətəndaşlarının təhlükəsizliyini, rifahını və tezliklə azad edilməsini təmin etmək üçün həm Tehran, həm də Dehlidə diplomatik kanallar vasitəsilə İran hakimiyyəti ilə əlaqə saxlanılır”, – mənbə deyib.

Gəminin istismar şirkətinin nümayəndəsinin daha əvvəl verdiyi məlumata görə, gəmidə ümumilikdə 25 ekipaj üzvü var.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.