“İranla müharibə qrafikdən dörd-beş həftə qabaqdadır və tezliklə başa çata bilər“.
Azpost.info bildirir ki, bu sözləri ABŞ prezidenti Tramp CBS News telekanlına müsahibəsində deyib.
ABŞ prezidenti Donald Tramp İrana qarşı müharibənin “tamamilə bitdiyinə” və Vaşinqtonun ilkin dörd-beş həftəlik proqnozlarından “çox irəlidə” olduğuna inanır.
“Düşünürəm ki, müharibə mahiyyət etibarilə bitib. Onların nə donanması, nə rabitəsi, nə də hava qüvvələri var. Raketləri parça-parça olub. Onların dronları hər yerdə, o cümlədən dron sənayesində məhv edilir. Baxsanız, onların heç nəyi qalmayıb. Hərbi baxımdan isə heç nəyi qalmayıb”, – deyə Ağ Evdəki CBS News müxbiri Trampın sözlərini sitat gətirir.