“Iraqi Airways” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirməyə başlayır.
Aeroportdan bildirilib ki, noyabr 19-da saat 00:15-də aviadaşıyıcı Bağdaddan Bakıya ilk uçuşunu həyata keçirəcək.
Aviaşirkət həftədə 5 dəfə Bağdaddan Bakıya və əks istiqamətdə uçuşlar həyata keçirməyi planlaşdırılır.
Dəqiq cədvəllə aviadaşıyıcının www.flyiraqiairways.com rəsmi saytında tanış olmaq mümkündür.