Tramp dərmanların qiymətini 80 faiz endirəcəyini vəd edib

ABŞ Prezidenti Donald Tramp reseptlə verilən dərmanların qiymətinin ucuzlaşdırılması istiqamətində fərman imzalayacağını bəyan edib.

AzPost bildirir ki, Donald Tramp bu barədə sosial media hesabında bildirib.

“Sabah saat 09:00-da ölkəmizin tarixində ən vacib icraedici fərmanlardan birini imzalayacağam. Reseptlə verilən dərmanların və digər preparatların qiymətləri demək olar ki, 30–80 faiz ucuzlaşacaq”, – deyə dövlət başçısı yazıb.

Prezidentin sözlərinə görə, fərman qüvvəyə mindikdən sonra ABŞ ən ucuz dərman qiymətlərinə malik olacaq.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.