İraqda 3 türk hərbçisi həlak olub –

2 nəfər yaralanıb
16 Avqust 2021 - 13:54

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında “Pəncə İldırım” adlı antiterror əməliyyatı keçirən birləşmələrində xidmət edən hərbçilərdən üçü şəhid olub, ikisi yaralanıb.

Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Hadisə terrorçuların quraşdırdığı bombanın partlaması nəticəsində baş verib. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

Türkiyə Ordusunun daha bir hərbçisi isə İraqın şimalında “Pəncə-Şimşək” antiterror əməliyyatının keçirildiyi ərazidə terrorçularla atışmada şəhid olub.