İraqda 3 türk hərbçisi həlak olub –2 nəfər yaralanıb

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında “Pəncə İldırım” adlı antiterror əməliyyatı keçirən birləşmələrində xidmət edən hərbçilərdən üçü şəhid olub, ikisi yaralanıb.

Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Hadisə terrorçuların quraşdırdığı bombanın partlaması nəticəsində baş verib. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

Türkiyə Ordusunun daha bir hərbçisi isə İraqın şimalında “Pəncə-Şimşək” antiterror əməliyyatının keçirildiyi ərazidə terrorçularla atışmada şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Taliban rəsmiləri ilə səfirliyimiz vasitəsilə əlaqə saxlayırıq” –

Sonrakı məqalə

“Ruslar Qarabağdan suyu süzülə-süzülə gedəcəklər” –