İraqdan Azərbaycana gətirilən uşaqlar təhsilə cəlb olunub

19 Avqust 2020 - 19:21

İraqdan Azərbaycana repatriasiya edilmiş uşaqlar təhsilə cəlb olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, İraqdan 2018-2020-ci illərdə Azərbaycana repatriasiya edilən, ölkə vətəndaşı olan uşaqların pandemiya dövründə təhsilə cəlb edilməsi, uşaqlar və onların qəyyum ailələri ilə məsafədən psixoloji, hüquqi və sosial işin aparılması istiqamətində fəaliyyətini davam etdirir. 

Bildirilib ki, cari ildə ölkəyə gətirilən uşaqların təhsilə cəlb olunması prosesi Dövlət Komitəsi, Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin birgə səyi nəticəsində həyata keçirilir.