İraqın Müdafiə naziri barəsində istintaq başladılıb- İsveç prokurorluğunda

İsveç polisi və prokurorluğu İraqın Müdafiə naziri barəsində istintaq başladığını təsdiq ediblər.

Azərtac İsveç KİV-lərinə istinadla xəbər verir ki, İraqın Müdafiə naziri Naca əl-Şəmmari həm də İsveç vətəndaşıdır. O, Stokholmun şəhərətrafı rayonunda qeydiyyatdadır. Hazırda İsveç polisi bir neçə qanunun pozulması maddəsi ilə ilkin istintaq aparıldığını təsdiq edir. Maliyyə pozuntuları ilə yanaşı, istintaq dövlət qeydiyyatının pozulmasını da araşdırır. Prokurorluq bəyan edib ki, iraqlı nazir insanlığa qarşı cinayət törətməkdə təqsirli bilinir.

Ötən həftə məlum olub ki, bu ilin iyununda vəzifəyə təyin edilən İraqın Müdafiə naziri Naca əl-Şəmmari həm də İsveç vətəndaşıdır və başqa adla Stokholmun şəhərətrafı rayonunda qeydiyyatdadır. Vətəndaşların qeydiyyatını aparan İsveçin vergi agentliyinin məlumatına görə, nazir 2009-cu ildə müvəqqəti yaşamaq hüququ verilməsi barədə müraciət edib və 2015-ci ildə başqa ad altında vətəndaşlıq alıb.

Noyabrın 25-də İsveç prokurorluğu bildirib ki, insanlığa qarşı cinayətdə şübhəli bilinən iraqlı nazir barəsində məlumat alıb.

Qeyd edək ki, bu ilin iyununda nazir təyin edilən Naca əl-Şəmmarinin İsveç vətəndaşı olduğu barədə məlumatlar hələ yaz aylarında yerli mətbuatda yer alıb. Bununla yanaşı, İraqda yüzlərlə insan bu yaxınlarda etiraz nümayişləri zamanı öldürülüb. Müdafiə naziri etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıq tətbiq etməkdə təqsirləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Oqtay Gülalıyevi vuran sürücü:

Sonrakı məqalə

Metro işçilərinin maaşı artırıldı