İrlandiya sakini lotereyada 49 milyon avro udub

İrlandiya sakini təxminən 49.6 milyon avro dəyərində “EuroMillions” lotereyasının cekpotunu udub.

Bu barədə İrlandiyanın milli lotereyası xəbər verib.

Xəbərdə deyilir: “EuroMillions-un xoşbəxt oyunçusu cekpotda möcüzəvi 49 564 586 avro məbləğ udub”.

Uduş lotereyasının sahibi beş əsas və iki əlavə rəqəmləri düz tapa bilib. Uduşun ölkənin hansı bölgəsindən qazanılması barədə məlumat verilmir.

Xatırladaq ki, EuroMillions 2004-cü ildən əvvəlcə İspaniya, Fransa və İngiltərədə oynanılıb. Daha sonra Avstriya, Belçika, İrlandiya, Lüksemburq, Portuqaliya, İsveçrə və Lixtenşteyn kimi ölkələr lotereyaya qoşulublar. (Trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nobel mükafatının təqdimat mərasimi təxirə salındı

Sonrakı məqalə

ABŞ-da ermənilərin soydaşlarımıza hücumunu istintaq araşdıracaq –