Nobel mükafatının təqdimat mərasimi təxirə salındı

Dekabrın 10-da Stokholmda dünyanın ən nüfuzlu elmi və ədəbi Nobel mükafatı laureatlarının şərəfinə keçirilməli olan ziyafət koronavirus pandemiyası səbəbindən baş tutmayacaq.

Trend-in məlumatına görə, bu barədə Nobel fondunun icraçı direktoru Lars Haykensteyn bildirib.

Direktor deyib: “İki problem var. Bu qədər insanı bir-birinin yanında yaxın bir yerə toplaya bilməzsiniz. Laureatların ümumiyyətlə İsveçə istədikləri şəkildə gələ biləcəkləri belə bəlli deyil”.

Nobel mükafatlarının laureatları, hər zamanki kimi, oktyabrın əvvəlində elan ediləcək, lakin mükafatlandırma mərasiminin necə keçiriləcəyi hələ məlum deyil.

Bundan əvvəl Nobel ziyafətinin keçirilməməsi ancaq 1907-ci ildə Kral II Oskarın ölümü səbəbiylə bağlı olub.

Xatırladaq ki,1901-ci ildə ilk Nobel ziyafətində hamısı kişi olmaqla yalnız 133 qonaq iştirak edib. Son zamanlar keçirilən ziyafətlərdə isə mərasimdə iştirak edənlərin sayı 1 300 nəfəri keçir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

Sonrakı məqalə

İrlandiya sakini lotereyada 49 milyon avro udub