İrlandiyada Rusiya diplomatları izlənilir

“Dublinin xüsusi xidmət orqanları Rusiya səfirliyinin əməkdaşlarını izləyir və bu barədə məlumatları ABŞ, Britaniya və Avropa İttifaqına ötürür”.

Azpost.info xəbər verir ki, bu barədə İrlandiyanın “Irish Independent” qəzeti məlumat yayıb. Nəşr yazır ki, İrlandiya xüsusi xidmət orqanları bir neçə il səfirlikdə işləyən “rus casuslarını” izləyib. Əməliyyatın Rusiya səfirliyinin yanında yerləşən binadan aparıldığı iddia edilir.

Əks-kəşfiyyat əməliyyatında dinləmə və müşahidə üçün ən son texnologiyadan istifadə edilib: “Məlumatlar hər gün yenilənir, bundan sonra kəşfiyyat agentlikləri onları Amerika Mərkəzi Kəşfiyyat İdarəsi, Britaniya Mİ6 və Aİ kəşfiyyat agentlikləri ilə bölüşür”.

Azpost.info

Əvvəlki məqalə

“Əsas prioritet İtaliyaya qazın həcminin artırılmasıdır” –

Sonrakı məqalə

Eynulla Fətullayev iki saytının fəaliyyətini dayandırdı