“Əsas prioritet İtaliyaya qazın həcminin artırılmasıdır” –İtaliya XİN rəhbəri

Azərbaycan İtaliyanın etibarlı enerji tərəfdaşıdır.

Bunu ADA Universitetində keçirilən “Azərbaycan-İtaliya: Çoxtərəfli strateji tərəfdaşlığa gedən yol” adlı konfransda İtaliyanın xarici işlər naziri Luici Di Maio deyib.

Nazir bildirib ki, Azərbaycan ötən illər ərzində etibarlı neft təchizatçısı olub. Di Maionun sözlərinə görə, qaz təchizatı ilə bağlı Azərbaycanın rolu daha da artıb.

“Bizim üçün əsas prioritet İtaliyaya nəql olunan Azərbaycan qazının həcminin artırılmasıdır”, – XİN başçısı vurğulayıb.

Luici Di Maio qeyd edib ki, İtaliya şirkətləri Azərbaycanda fəaliyyətdə maraqlıdır.

Nazir əlavə edib ki, İtaliya-Azərbaycan münasibətləri son 30 ildə önəmli dərəcədə inkişaf edib. (APA)

Əvvəlki məqalə

Türkiyənin Azərbaycandakı səfiri koronavirusa yoluxub

Sonrakı məqalə

İrlandiyada Rusiya diplomatları izlənilir