“Baş nazir Nikol Paşinyan oktyabrın 31-də Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə getməyi planlaşdırır”.
Azpost.info xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
“Bəli, gedəcək”, – Simonyan təsdiqləyib.
Qeyd edək ki, üçtərəfli görüş barədə ötən gün “Vedomosti” də məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, görüşlə bağlı hazırlıq Putinin Ermənistanla Azərbaycan arasında ərazi mübahisələrinin müzakirə olunduğu Astana sammitində çıxışından sonra başlayıb.
Azpost.info