İşə gedərkən yüngül mürgü nə üçün faydalıdır?– Həkim səbəbləri açıqladı

Səhər saatlarında avtobusda və ya metroda bir neçə dəqiqə mürgü vurmaq çoxlarına adi vərdiş kimi görünür.

Azpost.az Inbusiness.kz-ə istinadla xəbər verir ki, somnoloq Alena Qavrilova bu vərdişin bəzi hallarda orqanizm üçün faydalı ola biləcəyini deyib.

Həkimin sözlərinə görə, böyük şəhərlərdə yaşayan və iş günlərində davamlı yuxu çatışmazlığı yaşayan insanlar qısa yuxu vasitəsilə beyinlərinə əlavə dincəlmə imkanı yaradırlar. Bu mürgü beyin üçün gecə yuxusunun əvəzləyici forması kimi çıxış edə bilər və yorğunluğu müəyyən qədər azaldır.

Qavrilova bildirib ki, iş rejiminin ağır olması, gec yatmaq və səhər erkən oyanmaq yuxu defisitinə səbəb olur. Belə olan halda orqanizm yaranmış boşluğu ilk fürsətdə – hətta ictimai nəqliyyatda belə – qısa yuxu ilə doldurmağa çalışır.

Bununla belə, həkim xəbərdarlıq edir: əgər insan hər yerdə və istənilən anda yuxuya gedirsə, bu, artıq sağlamlıq problemlərinin göstəricisi ola bilər. Bu hal həm xroniki yuxu çatışmazlığına, həm də bəzi gizli xəstəliklərə işarədir və mütəxəssisə müraciət tələb edir.

Mütəxəssis əlavə edib ki, sağlam yuxu üçün ən yaxşı həll düzgün rejimdir – vaxtında yatmaq, kifayət qədər dincəlmək və yuxu ritmini pozmamaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.