İsa Qəmbərə 180 manat pensiya təyin olunub?

Milli Məclisin sabiq sədri, Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbərə təyin olunan pensiyanın məbləği sosial şəbəkədə müzakirələrə səbəb olub.

“Müsavat” partiyasının sədr müavini Fərəc Kərimli sosial şəbəkədə yazıb ki, İsa Qəmbərə 180 AZN məbləğində pensiya təyin edilib.

Partiyanın sədrnin sözlərinə görə, Azərbaycan Ali Sovetinin Milli Şurasının deputatı və sədri olmuş, həmçinin prezident səlahiyyətlərini  (17 may 1992–16 iyun 1992) icra etmiş İsa Qəmbərə yalnız yaşa görə pensiya təyin edilib.

Fərəc Kərimli Müsavat partiyasının sabiq başqanına təyin olunan pensiyanın məbləğinin qanunsuz olduğunu iddia edib: “Eyni işlərdə çalışmış şəxslərin pensiyası ilə müqayisədə dəfələrlə fərq var”.

O, vurğualyıb ki, bununla da İsa Qəmbər Avropa Şurası məkanında ən az pensiya təyin edilmiş ən yüksək vəzifəli şəxs sayıla bilər.

Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna görə, deputatlar üçün pensiya təminatı Milli Məclisin ilk üzvlərinə şamil edilməyib.

Ölkədə əmək pensiyasının minimum məbləği 240 manatdır. Kişilər 65 yaşda pensiyaya çıxır. Pensiya almaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) tələb olunur. Əks halda pensiya yaşı çatan şəxsə 180 manat müavinət düşür. Bu şərtlər əsasında 2022-ci il mayın 11-də İsa Qəmbərin 180 manat müavinət alacağı məlum olub.

Novator.az bildirir ki, İsa Qəmbər 65 yaşa 2022-ci il fevralın 24-də çatıb

DSMF çox guman ki, buna  bağlı aydınlıq gətirəcək.

 

Əvvəlki məqalə

Suriyada silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşı həbs edilib

Sonrakı məqalə

20 gündə 57 narkotacir saxlanılıb –