İşdən çıxarılan Gədəbəyin icra başçısı yeni vəzifəyə təyin edilib

05 Oktyabr 2021 - 19:25

Vəzifəsindən azad olunan Gədəbəyin icra başçısı İbrahim Mustafayevə yeni vəzifə verilib.

Azpost.info APA TV-yə istinadən bildirir ki, o, Prezident Administrasiyasında şöbə rəhbərinin müavini təyin olunub.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə bu gün İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.