“Mossad” İran generalını qaçırıb 

İsrail xüsusi xidməti “Mossad” Afrika ölkələrindən birində iranlı generalı qaçırıb. 

Azpost.info haqqın.az-a istinadən bildirir ki, bu barədə “Rai Aİ Youm” məlumat yayıb. Mossad buna Livanda 1986-cı ildə vurulmuş israil şturmanı Ron Aradın həlak olmasının təfərrüatlarını aydınlaşdırmaq üçün buna əl atıb.

İsrail xüsusi xidmətlərinin fikrincə, iranlı general təyyarəçinin taleyi barədə məlumata malik ola bilərdi.

Bundan əvvəl Baş nazir Naftali Bennet parlamentdə çıxışı zamanı Ron Aradın taleyi haqqında informasiya əldə etmək üçün “dəlisov əməliyyat”ı barədə danışmışdı.

Məlumata görə, əməliyyat Suriya ərazisində keçirilib.

Son nəticədə İsrail öz soydaşı barədə heç nə aydınlaşdıra bilməyib. Sorğu sualdan sonra İran generalı azadlığa buraxılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İşdən çıxarılan Gədəbəyin icra başçısı yeni vəzifəyə təyin edilib

Sonrakı məqalə

Azərbaycanda daha 1597 nəfər COVID-19-dan sağalıb-