İsgəndər Həmidovu müayinə etmək üçün Türkiyədən həkimlər gəlib –

Sabah müzakirələrdən sonra qərar veriləcək
08 Fevral 2020 - 00:16

Bu gün City Hospitalda Türkiyənin Avrasiya klinikasından gəlmiş həkimlərin iştirakı ilə sabiq daxili işlər naziri İsgəndər Həmidovun konsultasiyası aparılıb.

Azpost.info bildirir ki, bu barədə professor Adil Qeybulla məlumat verib. Onun sözlərinə görə, sabah günorta saatlarında İstanbuldan daha bir neyrocərrah gələcək: “Vəziyyəti yenidən müzakirə edəcəyik. Konsiliumun nəticəsi ilə bağlı əlavə məlumat veriləcək”.