İsgəndər Həmidovun vəziyyəti ağır olaraq qalır

ki gün əvvəl Mərkəzi Klinik Xəstəxanadan “City Hospital”a köçürülən Milli Azadlıq Hərəkatının liderlərindən biri, sabiq daxili işlər naziri İsgəndər Həmidovun vəziyyəti stabil ağır olaraq qalır.

Bunu cebhe.info-ya Tibb elmləri dosenti, professor Adil Qeybulla sabiq nazirin son durumundan danışarkən deyib.

O, İsgəndər Həmidovun müalicəsinin reanimasiya şöbəsində davam etdiyini deyib: “Cüzi irəliləyişlər olsa da, beyinin sağ yarımkürəsininin böyük hissəsində işemik zədələnmə var. İrəliləyişlər udma refleksinin peyda olması, ağrı qıcıqlarına zəif reaksiyanın peyda olması, intubasion boru ilə sedasiyasız tənəffüsü, leykosit sayının azalmasıdır. Müalicəsinin nəticəsi haqında hələlik bir şey demək mümkün deyil. Amma intensiv müalicə davam edir”.

Xatırladaq ki, 24 yanvarda təxminən saat 17:00 radələrində gəzinti zamanı İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Hazırda komadadır və süni tənəffüs aparatına qoşulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Metroda 32 yaşlı kişi özünü qatarın altına atdı –

Sonrakı məqalə

Alimlər ilk dəfə süni ilan zəhəri hazırlayıblar