Metroda 32 yaşlı kişi özünü qatarın altına atdı –Polis səbəbi araşdırır

Metronun “Nərimanov” stansiyasında bir nəfər özünü qatarın altına atıb.

“Bakı Metropoliteni”ndən verilən xəbərə görə, maşinist cəld tərpənərək qatarı saxlaya bilib.

Dərhal gərginlik xətdən ayrılıb. Özünü qatarın altına atan 32 yaşlı gənc yüngül xəsarət alıb.

Özünü qatarın altına atan şəxsin kimliyi məlum olub. Həmin şəxs 1988-ci il təvəllüdlü Şükürov Tural Sahib oğludur. O, 1 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində qatarların hərəkətində 10 dəqiqə gecikmə olub. Hazırda polis gəncin özünü qatarın altına atması səbəbini aydınlaşdırır.

“Bakı Metropoliteni”ndən o da bildirilib ki, qatarların hərəkətində hər hansı bir texniki problemin yaranması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp bəraət qazanmasını bayram edir:

Sonrakı məqalə

İsgəndər Həmidovun vəziyyəti ağır olaraq qalır