İşğaldan azad olunan ərazilərə ceyranlar buraxılacaq

İşğaldan azad olunan ərazilərə ceyranların buraxılması prosesinin vaxtı məlum olub.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib.

O bildirib ki, ceyranlar həmin ərazilərə sentyabr ayından sonra buraxılacaq: “Hazırda ceyranların balalama mövsümüdür. Ona görə də biz iyun və iyul aylarını gözləmək məcburiyyətindəyik. Balalama mövsümü başa çatandan sonra məlum olacaq ki, ceyranların sayı nə qədərdir və hansı ərazilərə neçə ceyran buraxılacaq. Biz adətən bu prosesi sentyabr ayında həyata keçiririk. Sentyabr ayında artıq məlum olacaq ki, hansı ərazilərə, o cümlədən işğaldan azad olunan yerlərə nə qədər ceyran buraxılacaq”.(Trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda prezidentliyə namizədlərin ilk debatı keçirilib –

Sonrakı məqalə

Astarada tarixi abidələr niyə təmir olunmur? –