“İşğalı davam etdirən Rusiya BMT-ni hər gün ələ salır”- Avstraliya XİN

Avstraliya hakimiyyəti Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanı BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etmək tələbini dəstəkləyir.

Azpost.info xəbər verir ki, “Bloomberg” bu barədə ölkənin xarici işlər naziri Penni Vonqa istinadən yazıb.

“Biz daimi üzvlərdən daha çoxunu tələb etməliyik, o cümlədən vetoların istifadəsinə məhdudiyyətlərlə bağlı. Rusiya Ukraynanın işğalını davam etdirdiyi üçün BMT-ni hər gün ələ salır”, – Penni BMT Baş Assambleyasında çıxışında bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

Xarici hərbi attaşelərin Şuşaya səfəri başlayıb

Sonrakı məqalə

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib