İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat verdi

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Baş katib bildirib ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində Xocalı faciəsi baş verib. Bəyanatda xatırlanıb ki, İƏT Nazirlər Şurasının 2019-cu ildə Abu-Dabidə keçirilmiş 46-cı sessiyasında Azərbaycan ərazilərində mülki azərbaycanlılara qarşı törədilən əməllərə qiymət verilib.

“Bu əməllər müharibə, insanlıq əleyhinə cinayət və soyqırımı kimi qiymətləndirilib”, – deyə bəyanatda bildirilib. Həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik, ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinə diqqət çəkilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir