İslam Əməkdaşlıq Təşkilatı Donald Trampın sülh planını rədd edib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ABŞ prezidenti Donald Trampın “Yaxın Şərq sülh planı”nı qəbul etməyib.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, quruma üzv dövlətlərin xarici işlər nazirləri sənədin müzakirəsi üçün fövqəladə toplantı keçiriblər.

Tədbir Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutub. Yığıncağın yekununda planın qəbuledilməz olduğu qərarına gəlinib.

Qeyd edək ki, Donald Tramp “Yaxın Şərq sülh planı” çərçivəsində Qüdsün İsrailin bölünməz paytaxtı sayılacağını və bu sənədin müstəqil Fələstin dövləti üçün son şans olduğunu söyləmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Süni mayalanma və transplantasiyanın Xidmətlər Zərfinə daxil edilməsi planlaşdırılır”

Sonrakı məqalə

DİM bir qrup şagirdi buraxılış imtahanlarından azad edib