DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Reykyavik şəhərində İslandiya – Azərbaycan yığması üz-üzə gəlib.
AzPost bildirir ki, Azərbaycan millisi böyük hesabla məğlub olub.
İslandiya 5-0 hesabı ilə qalib gəlib.
İslandiya millisinin heyətində Viktor Palsson (45+2-ci dəqiqə) fərqlənib. İsak Berqmann Yohannesson isə dubla imza atıb (47 və 56-cı dəqiqələr). Digər qolları Albert Qudmundsson (63-cü dəqiqə) və Kristian Hlinisson (73-cü dəqiqə) Azərbaycan yığmasının qapısından keçirib.