İspaniya İtaliyaya qalib gəldi, finala yüksəldi –

Millətlər Liqası
07 Oktyabr 2021 - 08:10

UEFA Millətlər Liqasında final mərhələsinə start verilib.

Qol.az xəbər verir ki, A liqasında qrup qaliblərinin iştirak etdiyi “Dördlər finalı”nda İtaliya İspaniya ilə qarşılaşıb.

Yarımfinalın ilk oyunu Milandakı “San-Siro” stadionunda keçirilib. Görüş ispanların qələbəsi ilə başa çatıb – 2:1. Beləliklə, Luis Enrikenin komandası finala yüksəlib. İtaliyanın isə məğlubiyyətsizlik seriyasına son qoyulub. Komanda son 37 oyunda uduzmamışdı.

Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında  bu gün Belçika və Fransa yığmaları üz-üzə gələcək.

Xatırladaq ki, ikinci dəfə təşkil olunan “Dördlər final”ının ilk qalibi Portuqaliya millisi olub.

6 oktyabr

22:45. İtaliya – İspaniya – 1:2

Qollar: Torres, 17 (0:1), 45+2 (0:2), Pelleqrini, 83 (1:2)

Qırmızı vərəqə: Leonardo Bonucci (İtaliya)
Milan, “San-Siro” stadionu

7 oktyabr

22:45. Belçika – Fransa