Dünyanın ən maraqlı futbol çempionatı, super ulduzların çıxış etdiyi İspaniya La Liqası yeni mövsümdən İdman TV-də yayımlanacaq.
Futbolsevərlər 2025/2026 mövsümündən etibarən İspaniya La Liqasının bütün oyunları eksklüziv olaraq İdman TV-də izləyə biləcəklər.
Telekanal, hətta bir turda keçirilən 10 oyunun hamısını yayımlamaq hüququna malikdir.
Bundan əlavə, İdman TV İngiltərə Premyer Liqasının yayım hüquqlarını da yeniləyib.