İspaniya rusiyalı oliqarxın 140 milyon dollarlıq yaxtasına həbs qoyub

Barselonada rusiyalı oliqarxın 140 milyon dollarlıq yaxtası saxlanılıb. İspaniya hökuməti yaxtaya həbs qoyub.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” İspaniya baş naziri Pedro Sançesə istinadən məlumat yayıb. Məlumata görə, yaxta “Rostex”ə rəhbərlik edən keçmiş KQB zabiti Sergey Çemezova məxsusdur. “Bu gün Rusiyanın əsas oliqarxlarından birinə məxsus yaxtanı saxlamışıq. Bizim hesablamalarımıza görə, yaxtanın qiyməti 140 milyon dollardır”, – Sançes deyib. “Marine Traffic” monitorinq saytı bildirir ki, Barselonada daha iki rusiyalı oliqarxın yaxtası dayanır. Hazırda onların sahiblərinin sanksiya siyahısına düşüb-düşmədiyi araşdırılır. Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rüstəm İbrahimbəyovun nəşi bu gün Bakıya gətiriləcək

Sonrakı məqalə

Milli Məclisin iclası başlayıb