“İsrailə neft embarqosu qoyun, səfirlərini ölkənizdən çıxarın!”- İRAN XİN

“İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr İsrailə neft embarqosu qoymalı və diplomatlarını ölkədən çıxarmalıdırlar”.

Azpost.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“Nazir İslam ölkələrini dərhal İsrailə tam embarqo, o cümlədən neft sanksiyaları qoymağa, həmçinin İsrail səfirlərini ölkədən çıxarmağa çağırır”, – “Reuters” İran XİN-in bəyanatına istinad edib.

57 ölkənin daxil olduğu təşkilatın üzvlərinin çərşənbə günü Səudiyyə Ərəbistanında fövqəladə toplantısı keçirilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.