İsrail ABŞ-ın təzyiqi ilə Qəzzada quru əməliyyatı planını dəyişir- “Bloomberg”

“ABŞ HƏMAS-ı məhv etmək üçün Qəzzada quru əməliyyatı zamanı mülki itkiləri məhdudlaşdırmaq üçün İsrailə təzyiq edib və bu əməliyyat planlarında əsaslı dəyişikliklərə səbəb olub”.

Azpost.info xəbər verir ki, bunu İsrailin yüksək rütbəli rəsmiləri “Bloomberg”ə bildiriblər.

“İsrail Müdafiə Qüvvələri koordinasiyalı hava, dəniz və quru zərbələri ilə əməliyyat keçirəcəkdi, lakin ABŞ prezidenti Co Bayden, dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostinin ölkəyə səfərindən sonra ilkin plan dəyişməli oldu”, – mənbələr deyir.

Onların fikrincə, əməliyyat gec başlaya və daha uzun sürə bilər.

Bütün mənbələr HƏMAS-a qarşı bu müharibədə ABŞ-ın İsrail üzərindəki rolunun və təsirinin hər zaman olduğundan daha güclü olacağını vurğulayırlar. Eyni zamanda, Birləşmiş Ştatlar İsrailin Qəzza zolağında HƏMAS-ın hərbi infrastrukturunu, xüsusən də geniş tunellər şəbəkəsini məhv etmək məqsədini dəstəkləyir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.